Qara Qarayev: “Baş məşqçi oyundan əvvəl tapşırmışdı ki…”
04.10.2018 , 23:35

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda“Qarabağ” öz meydanında “Arsenal”ı qəbul edib
Elə ilk dəqiqələrdən qapımızda qol gördüyümüz oyun 0-3 hesabı ilə İngiltərə təmsilçisinin xeyrinə başa çatdı. Oyundan sonra Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq, oyun haqqında fikir bildirib.
– İlk olaraq, azarkeşlərimizə böyük təşəkkür düşür. Bu gün, bu stadiondakı ab-hava məhz onlardan asılı idi. Oyuna gəldikdə isə, məğlub olsaq da, statistikalara nəzər salsaq “Arsenal”dan heç də geri qalmadığımızı görə bilərik. Sadəcə epizodlardan istifadə edə bilmədik.
– Qara, nə vaxt qol vura biləcəyik?
– Biz futbolçu olaraq, ən yaxşısı üçün çalışmalıyıq. Nəticə də, yəqin ki tezliklə alınacaq.
– Bu gün oyunda Miçel özünü göstərə bilmədi deyə, sənin də yükün çox idi. Buna görə də, sənin də oyunun alınmadı. Bu haqda nə deyə bilərsən?
– Düşünmürəm ki, onun oyunu alınmadı. Sadəcə rəqibin strategiyasına görə, öz yerində oynamır, bəzən uzun toplardan istifadə edirdi. Buna görə də, bizə daha çox iş düşürdü.
– Qurban Qurbanov oyundan sonra nə dedi?
– Baş məşqçimiz, oyundan əvvəl bizi motivasiya etdi. Rəqibdən qorxmamağımızı və azarkeşlərə baxımlı oyun sərgiləmiyimizi tapşırdı. Oyundan sonra da təşəkkür etdi. Gəlin, hər kəs nəzərə alsın ki, “Arsenal” kimi bir komanda ilə qarşılaşmaq heç də asan deyil.
