Qara Qarayev: “Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik”
16.08.2022 , 12:32

“Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.
Korner.az-ın məlumatına görə, bunu “Qarabağ”ın Qara Qarayev Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi tarixi nəticəni təkrarlamaq istədiklərini bildirib: “İşimizin nə qədər ciddi olduğunu dərk edirik. Evdə oynayacağıq. Fanatların etimadını doğrultmağa çalışacağıq. Rəqib pley-offadək irəliləyibsə, xüsusi diqqət edilməli nöqtələri var. 90 dəqiqə üstün oyun sərgiləmək niyyətindəyik”.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.
