“Qapıçılar Messinin cərimə zərbələrinə qarşı heç nə edə bilməz”
11.12.2018 , 10:37

Çempionlar Liqası VI turu çərçivəsində “Tottenhem” “Barselona” ilə qarşılaşacaq. Oyundan öncə londonluiların qapışısı Uqo Lyoris “Barselona”nın ulduzu Lionel Messi haqda danışıb
Bu barədə “Mundo Deportivo” nəşri məlumat verib. Mənbədə bildirilir ki, Uqo Lyoris Messinin ünvanına xoş sözlər deyib. Onun sözlərinə görə, argnetinalı futbolçu oyunun gedişatını dəyişə biləcək gücdədir:
“Qapıçılar Messinin cərimə zərbələrinə qarşı heç nə edə bilməz. O, cərimə zərbəsindən vurduğu zərbələrlə oyunun gedişatını dəyişə biləcək gücdədir. Dünyanın ən yaxşı futbolçularından birinə qarşı oynamaq, həqiqətən də çətindir”
