Şotlandiya 3-cü liqasında mübarizə aparan "Reyncers"in qapıçısı Nil Aleksandr "Elgin Siti" ilə oyunda kobud səhvə yol verdi.
Korner.az-ın məlumatına görə, matçın 87-ci dəqiqəsində topu əlindən buraxan qapıçı oyunun heç-heçə yekunlaşmasına zəmin yaradıb – 1:1.
Xatırladaq ki, Şotlandiyanın köklü kluiblarından olan Qlazqo təmsilçisi maliyyə krizi səbəbindən 3-cü liqaya yuvarlanmışdı.
