“Stok Siti” klubun qapıçısı Asmir Beqoviç rekordlar kitabına düşüb.
Korner.az-ın məlumatına görə, o, “Southempton”a 91.9 metrdən vurduğu qol ən uzaq məsafədən vurulan qol kimi tarixə keçib. Ginesin rekordlar kitabına adını yazan qapıçı bunları deyib:
“Bu rekorda sahib olduğum üçün qürur duyuram. Qol vurmaq fikrim yoxdu. Bir rekorda cəhd eləməmişdim. Amma maam ki, qol oldu bunun da kefini çıxarmaq lazımdı”
