Qapıçı oyunda telefonla danışdığı üçün cəzalandırılıb
27.07.2018 , 21:31

Braziliya idman məhkəməsi “Atletico Paranaense” klubunu cəzalandırıb.
Bunun səbəbi, komandanın qapıçısı Aderbar Santosun oyun zamanı mobil telefondan istifadə etməsi olub. Onun bu hərəkəti kluba 13 min dollara başa gəlib. Qapıçıya isə 1 oyunluq cəza verilib.
Aderbar Santos avtomobilin sükanı arxasında telefondan istifadə edən şəxslərə qarşı aksiyada iştirak edərək bu addımı atdığını bildirib: “Telefonla oyuna çıxdığım üçün cəzalandırıldım. Lakin sükan arxasında telefondan istifadə edən şəxslər üçün də eyni cəzaların tətbiq olunmasını istəyirəm”.
