“Bakı”nın düşərgəsinə iki yeni futbolçu qoşulub.
Korner.az-ın məlumatına görə, bunlardan biri 21 yaşlı qanalı futbolçu Samuel Aysondu. Digər yeni legioner isə bolqar Tanko Dyakovdu.
Qeyd edək ki, hər iki futbolçu mərkəz müdafiəçisidir və onlar bu gün keçiriləcək yoxlama görüşündə oynamaları gözlənilir.
