“Milan”ın və İtaliya milisinin hücumçusu Mario Balotelli “Time” jurnalının tərtib etdiyi “Dünyanın ən nüfuzlu insanları” siyahısına daxil edilib.
Korner.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 22 yaşlı futbolçu bu münasibətlə aprelin 23-də Nyu-Yorka gedərək təntənəli mərasimdə iştirak edəcək.
Mario okeanın o tayına meneceri Mino Rayola və “Milan”ın prezidenti Adriano Qallianiylə birgə gedəcək.
Qeyd edək ki, Balotelli istedadından daha çox, çılğınlığı və tez-tez yaratdığı qalmaqallarıyla məşhurdur.
