İyunun 7-də AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da «Neftçi» və «Bakı» komandaları arasında «Kapital Bank U-15 Liqa»nın final oyunu keçirilmiş, «Neftçi» komandasının 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan sonra hər iki klubun futbolçuları, inzibati işçiləri və bəzi rəhbər şəxslərinin iştirakı ilə kütləvi dava-dalaş baş vermişdir. Korner.az-ın məlumatına görə, bu hadisə ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov qalmaqalla bağlı qrumun saytına münasibət bildirib
«Kapital Bank U-15 Liqa»nın final oyunundan sonra baş vermiş hadisələri kəskin şəkildə pisləyir və bunları futbola, idman prinsiplərinə qəti şəkildə yaraşmayan əməllər kimi dəyərləndirirəm. «Neftçi» və «Bakı» klubları arasında baş vermiş dava-dalaşda iştirak etmiş, günahkar olan futboçular, inzibati işçilər və rəhbər şəxslərin hər biri AFFA-nın İntizam Komitəsi tərəfindən İntizam qaydalarının tələbləri çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar».