Almaniyanın "Bavariya" klubunun baş məşqçi Yup Haynkeslə Hollandiya yığmasının və Münhen təmsilçisinin yarımmüdafiəçisi Aryen Robben dalaşıb.
Korner.az–ın məlumatına görə, xoşagəlməz olayın baş verməsinə səbəb Robenin çalışdırıcının tapşırığını yerinə yetirməkdən imtina etməsi olub. Haynkes köməkçisi vasitəsi ilə hollandiyalıya xəbərdarlıq etməsi heç bir işə yaramayınca iki tərəf arasında qalmaqal yaşanıb.
Qeyd edək ki, zədədən əziyyət çəkən Roben 2012/13-cü mövsümdə Almaniya Bundesliqasında cəmi 6 oyun keçirib.
