“Qalib gəlməli olduğumuz oyundu”
07.09.2020 , 16:07

Kipr millisinin futbolçusu Konstantinos Laifis Millətlər Liqasının qrup mərhələsinin II turunda sabah Azərbaycan yığmasına qarşı keçiriləcəkləri matç barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, oyunöncəsi mətbuat konfransında qələbə qazanmaq istədiklərini söyləyib:
“İlk oyunda evdə Monteneqro yığmasına məğlub olduq. Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi. Komandamız gənc futbolçulardan qurulub və müəyyən dəstəyə ehtiyacımız var. Hər bir futbolçu milli komanda üçün hər şey etməyə hazırdır. Yığmada çoxlu keyfiyyətli oyunçu var. Sabahkı oyun bizim üçün çox vacibdi. Tam gücümüzü ortaya qoymalıyıq. Qalib gəlməli olduğumuz oyundu və qələbə qazanacağımıza inanırıq”.
Qeyd edək ki, Nikosiyada keçiriləcək Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.
