Topaz
Premyer Liqasının 18-ci turuna “Qarabağ” – “İnter” qarşılaşması ilə yekun
vuruldu. Turun mərkəzi oyununda rəqibini 2-0 hesabı ilə məğlub edən ağdamlılar
turnir cədvəlində ilk pilləyə yüksəldi.
Korner.az-ın məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov maraqlı oyun izlədiklərini bildirib:
“Maraqlı və
sürətli oyun izlədik. Rəqib taktikanı həmişə dəyişən komandadır, yaxşı
komandadır. Qalib gəlib qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedirik”.
