UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində sabah "Qalatasaray"la qarşılaşacaq "Şalke" artıq son məşqini edib.
Korner.az-ın məlumatına görə, "Türk Telekom" arenada son məşqini edən Almaniya təmsilçisinin sabah "cim-bom"la oyuna çıxacaq start heyəti bəllidi. Almaniya və Türkiyə mətbuatının yazdığına inansaq aşağıdakı "onbirlik" sabahkı oyunda "Qalatasaray"ı devirməyə çalışacaq.
"Şalke": Hildebrand, Höger, Hövedes, Matip, Fuchs, Farfan, Jones, Neustadter, Draxler, Bastos və Huntelar