"Qalatasaray"ın baş məşqçisi Fatih Terim mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az-ın məlumatına görə, bu xəbəri İtaliya mətbuatı yazıb.
İddiaya görə, Terim "Roma"nın təklifinə "hə" deyib. Tərəflərin 4 illik anlaşmaya imza atacaqları deyilir.Terimin İtaliyaya "Cim-Bom"dakı köməkçiləri Taffarellə Ümit Davalanı aparacağı da iddia edilir. "İmperator"un "canavarlar"a aparmaq istədiyi futbolnuın adı da verilib. Bu, "Qalatasaray"ın hücumçusu Burak Yılmazdı.
