Qadınlar üzrə “Qalatasaray”ın basketbol klubu ulduz oyunçusu Şavonte Zelyus karyerasını digər türk klubunda davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu xəbər türk mediyasını zəbt edib. “Hürriyet” qəzeti yazır ki, Zelyus “Fənərbağça”nın formasını tərlədəcək. Amerikalı basketbolçu artıq İstanbul nəhəngi ilə razılığa gəlib.