Voleybol üzrə qadınlardan ibarət "Qalatasaray" klubunun sabiq üzvü Lindsay Valen maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"dan qovulan amerkialı voleybolçu verdiyi açıqlamada "Məni "Fənərbağça"ya alın. Əgər istəsəz, "Fənər"də sevə-sevə çıxış edərəm" – deyib.
Xatırladaq ki, Valen "Qalatasaray"dan ayrıldıqdan sonra "sarı-qırmızılılar" mediaya onun lezbiyan olduğunu və Fransaya sevgilisinin yanına qaçdığını demişdilər . Bunu eşidən voleybolçu məhz "Fənər"ə keçməsi ilə bağlı açıqlamalar verib.