Ötən gün Ankara şəhərində törədilən terror aktı qurbanları arasında “Qalatasaray”ın hücumçusu Umut Bulutun atası Kamal Bulut da olub.
Korner.az-ın məlumatına görə, futbolçu atasının ölüm xəbərini bu gün səhər komandanın məşqçi zamanı eşidib və dərhal Ankaraya yollanıb.
Son xəbərlərə görə, Ankaradakı terrorda ölənlərin ümumi sayı 37-yə çatıb.
