Dünya Futbolu

“Qalatasaray”lı futbolçu növbəti mövsümdə olmayacaq

13.05.2019 , 17:41

“Qalatasaray”ın futbolçusu Əmrə Akbaba əməliyyat olunub.

Belə ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Super Liqanın 32-ci turunda “Qalatasaray”- “Rizəspor” matçında (3:2)ayaq biləyi qırılan təcrübəli futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Akbaba növbəti mövsümündə də forma geyinə bilməyəcək.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində “Alanyaspor”dan transfer edilib və “sarı-qırmızılı”larda 22 qarşılaşmada iştirak edib.

Son yazılar

Yuxarı