Braziliyanın “Flamenqo” klubu “Qalatasaray”da icarəı əsasında oynayan Felipe Melonu rənglərinə qatmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “Yuventus”a məxsus olan “pitbull” ləqəbli futbolçu üçün “Flamenqo” rəhbərliyi “qona sinyora”ya rəsmi təklif ünvanlayıb. Braziliyalı futbolçu üçün İtaliya nəhənginə 4 milyon avro təklif edən “Flamenqo”nun bu istəyi isə qarşı tərəfi razı salmayıb. Belə ki, “Yuventus” Melonu 6,5 milyondan aşağı satmaq niyyətində deyil.
Braziliya mətbuatının yaydığı xəbərə görə, “Flamenqo” rəhbərliyi bu transferdə “Yuventus”u yola gətirməyə çalışır.