Türkiyə son “Fənərbağça” – “Qalatasaray” oyununda birincilərin azarkeşlərinin qonaqların qaradərili futbolçularına qarşı etdiyi irqçiliklə sarsılıb.
Korner.az-ın məlumatına görə, “Fənər”li azarkeşlər “Cim-Bom”lu Dani, Droqba və Ebueyə qarşı irqçilik şüarları səsləndirərək, tribunadan onlara banan uzadıblar.
“Qalatasaray” azarkeşləri də həm buna, həm də ki, ümumilikdə irqçiliyə qarşı mübarizə aparmaq məqsədilə bu həftə keçiriləcək “Trabzonspor” görüşündə üzlərinə Droqba, Dani, Ebue və “Fənər”in futbolçusu olan Piyer Vebo maskaları taxacaqlar. Bununlada onlar komandalarda olan zənci futbolçulara öz dəstəklərini bildirəcəklər.