“Qalatasaray”ın zədəlisi sıraya dönür
10.02.2025 , 19:45

“Qalatasaray”ın zədəli oyunçusu Yunus Akgündən yeni xəbər var.
Korner.az xəbər verir ki, 24 yaşlı futbolçunun 7-10 gün ərzində yaşıl meydanlara dönəcəyi gözlənilir.
Bu barədə Türkiyə mətbuatı xidməti məlumat yayıb.
24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin 8-ci turunda keçirilən “Ayaks”la matçın 61-ci dəqiqəsində dizindən zədələnərək sıradan çıxmışdı.
O, “Qalatasaray”ın heyətində 30 matçda 11 qol vurub, 7 məhsuldar ötürmə edib.
