“Qalatasaray”ın zədəlilərindən biri sıraya döndü
17.12.2020 , 10:30

Bir müddətdir ki, zədədən əziyyət çəkən “Qalatasaray”ın üzvü Marselo Saraççi sağalıb.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu komandayla birlikdə məşqlərə başlayıb. 22 yaşlı futbolçu növbəti oyunlarda komandasına kömək edə biləcək. Onun dekabrın 18-də Super Liqanın 13-cü turu çərçivəsində “Fatih Karagümrük”lə səfər matçında oynaması gözlənilir.
“Cim-Bom”un digər zədəliləri – Rayan Babel və Radamel Falkao isə hələ də komandadan ayrı məşq edir.
