“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul nəhəngi “Sevilya”nın müdafiəçisi Mariano Fereyranı transfer edib. 31 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Braziliyalı futbolçunun keçidi üçün “cim bom” Əndəlus təmsilçisinə 4,6 milyon avro ödəyəcək.
“Sambaçı” özü isə “Qalatasaray”da illik 2,2 milyon avro qazanacaq.
