Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” “Alanyaspor”un futbolçusu Emre Akbaba ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Sabah” xəbər yayıb.
Bildirilir ki, “Cim Bom” mövsümün sonunda təxmini transfer qiyməti 3 milyon avro olan futbolçu üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm “Alanyaspor” forması ilə 21 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
