“Qalatasaray”ın yeni transfer hədəfi
14.07.2023 , 09:59

“Qalatasaray”ın transfer hədəfinə yeni futbolçu düşüb.
Korner.az xəbər verir ki, Türkiyə nəhəngi “Mançester Yunayted”dən Fredi heyətinə qatmaq istəyir.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun xəbərinə görə, “sarı-qırmızılar” futbolçu üçün artıq ilk təklifini göndərib.
Futbolçunun yaxın günlərdə “Mançester Yunayted”dən ayrılacağı gözlənilir.
Mina Musayeva
