“Qalatasaray” bu mövsüm geyinəcəyi üçüncü formasını ictimaiyyətə təqdim edib
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni forma qırmızı rəngdədir.
İstanbul təmsilçisi bu formanı ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində “Astana”ya qarşı matçda geyinəcək.
