“Qalatasaray” klubu “Kuinz Park Reyncers”in braziliyalı yarımmüdafiəçisi Sandronu heyətinə qata bilər.
Korner.az-ın məlumatına görə, bu barədə İngiltərənin “Independent” qəzeti məlumat yayıb.
Komanda Sandronu satmaq niyyətindədi. 26 yaşlı futbolçu ilə İtaliya, Çin və “Qalatasaray” klubları yaxından maraqlanır.
