“Qalatasaray”ın yeni hədəfi
24.01.2025 , 21:00

“Qalatasaray”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Vesterlo”nun futbolçusu Doğucan Haspolatı heyətinə qatmağı planlaşdırır.
Türkiyə nəhəngi 24 yaşlı futbolçu üçün artıq Belçika klubu ilə danışıqlara başlayıb.
24 yaşlı yarımmüdafiəçinin “Vesterlo” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
