“Qalatasaray”ın yeni hədəfi
05.12.2018 , 14:25

“Qalatasaray” Moskva “Lokomotiv”inin futbolçusu Luiz Adrianonu transfer edir.
İstanbul klubu ilkin razılıq əldə etdiyi 31 yaşlı hücumçu ilə qış transfer pəncərəsində müqavilə imzalayacaq.
Brazilyalı futbolçu üçün “sarı-qırmızılar”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi və futbolçu ilə 3 il yarımlıq müqavilə imzalayacağı iddia edilir.
Qeyd edək ki, L. Adriano bu mövsüm Moskva klubunun heyətində 17 oyunda 4 qol vurub, 4 qol ötürməsi verib.
