İstanbulun “Qalatasaray” klubuna yeni mövsümdən Massimiliano Alleqri baş məşqçilik edə bilər.
Korner.az-ın məlumatına görə, Roberto Mançini ilə yolları ayıran İstanbul təmsilçisi boş qalmış baş məşqçi vəzifəsinə italiyalı mütəxəssisi gətirməyi planlaşdırır.
Artıq bununla bağlı “Qalatasaray” M.Alleqriyə illik 1.7 milyon avro qazanacağı barədə təklif göndərib. Klubla təcrübəli mütəxəssis arasında danışıqların davam etdiyi bildirilir.
