“Qalatasaray”ın
bu mövsümdəki ən uğurlu oyun göstərən futbolçularından biri Felipe Melo Braziliya
mətbuatına maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu 2010-cu ildə Braziliya millisində
yaşadığı problemlərə görə milliyə düşməməsinə və İstanbul təmsilçisində Drqba və
Sneyder ilə birlikdə oynadığı üçün çox sevincli olduğunu deyib. Jutnalistin ona
Türkiyəyə dünya kuboku gəlib. Sən onu görmüsən sualına isə futbolçui belə cavab verib:”Dünya Kubokunu görmək yox,
onu havaya qaldırmaq istəyirəm. Görmək adi bir şeydir. Mən onu görməklə o qədər
də həyəcanlana bilmərəm”.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”
ilə oyunda 1-1 hesablı heç-heçəyə nail olmuşdu.