“Qalatasaray”ın ulduz oyunçusu La Liqa klubunun hədəfində
26.12.2024 , 22:01
“Qalatasaray”ın ulduz oyunçusu Mauro İkardi La Liqa klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, söhbət İspaniyanın “Real Betis” klubundan gedir.
Klubun cari mövsümün sonunda futbolçu üçün “sarı-qırmızlar”la danışıqlara başlayacağı gözlənilir.
İstanbul təmsilçisinin heyətində 87 oyuna çıxan İkardi 61 qolun və 22 məhsuldar ötürmənin müəllifidir.