"Qalatasaray"ın ispan futbolçusu Albert Riyeranı ölkəsinin "Real" Betis klubu transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, futbolçu da bu keçidin baş tutmasını istəyir və hətta Andalusiya klubuyla ilkin razılığ da əldə olunub.
Lakin o, bunun üçün maaşınıın yarısını "Qalatasaray"dan almaq fikrindədir. Belə ki, ispan klubunun verdiyi məvacib Riyeranı tam qane etmir, ancaq Riyera daha çox forma geyəcəyi bir klubda oynamaq istəyir.
