Dünya Futbolu

“Qalatasaray”ın sabiq futbolçusundan iddialı açıqlamalar

15.03.2019 , 13:56

“Qalatasaray”ın sabiq futbolçusu Elano, ötən günlərdə mətbuata bir sıra açıqlamalar edib.

“Qalatasaray”ın 2009-cu ildə “Mançester Siti” dən transfer etdiyi Elano “sarı-qırmızı”lı forma ilə uzun bir müddət çıxış etmişdi. 37 yaşındakı oyunçu mətbuata “Qalatasaray”a transferi haqda iddialı açılamalar edib:

“2010-cu ildə Dünya Kubokunda iştirak edəcəkdim. Məhz buna görə çox çalışırdım. “Qalatasaray”a keçid etdiyim zaman müqaviləmdə bu da nəzər alınmışdı və 3 matç oynamama haqqım var idi. “Mançester Siti”də gözəl zamanlar keçirdim. Komandadan ayrıldığım üçün peşman idim. Lakin, “Qalatasaray” da böyük bir klubdur”.

Son yazılar

Yuxarı