“Qalatasaray”ın sabiq futbolçusu Emanuel Ebue klubundan qovulub.
Korner.az-ın məlumatına görə, “Sanderlend” müdafiəçisi ilə yollarını ayırmaq qərarına gəlib.
FİFA 32 yaşlı oyunçunu futboldan 1 illik uzaqlaşdırıb. “Qara pişiklər” də bu qərarı məhz bu üzdən verib. Ebue ilə mövsümün sonunda başa çatmalı olan müqavilə indidən ləğv edilib.
