“Qalatasaray”ın sabiq futbolçusu həbs olundu – Cinsi istismara görə
29.04.2019 , 19:33

Türkiyəli sabiq futbolçu Ümit Karan həbs olunub.
Türkiyə mətbuatına istinadən verilən xəbər görə, o, yaşadığı binada qadına sataşmaq və cinsi təcavüzə görə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ümit Karan 2001-2009-cu illərdə “Qalatasaray”da çıxış edib. O, 3 dəfə Türkiyə çempionatının qalibi olub. Karan 10 matçda Türkiyə millisinin formasını geyinib. (fanat.az)
