Türkiyə milli komandasının və "Qalatasaray"ın sabiq futbolçusu Mətin Kurt vəfat edib. Korner.az– ın məlumatına görə, bir müddətdir xəstəxanada müalicə alan veteran futbolçu 64 yaşında ürək çatışmazlığından vəfat etdi.
Kurt, Türkiyə tarixinə tətil edən ilk idmançı olub. 1976-cı ildə “Qalatasaray”da ikən Kurtun komandası Türkiyə Kubokunun finalında oynamaq hüququ əldə edib. Lakin kollektivə vəd edilən 10 min lirə mükafat ödənmədiyindən, futbolçu tətilə çıxıb. Türkiyə yığmasında isə 26 çıxış edib .
