Türkiyə Super Liqasında çıxış edən “Kayserispor” komandası Şota Arveladze ilə yollarını ayırdıqdan sonra boşalan bu postu “Galatasaray”ın sabiq çalışdırıcısı Erik Geretsə tapşırmağa qərar verib.
Korner.az– ın məlumatıan görə, bu barədə rəsmi məlumat verilməsə də, “TRT Spor” tərəflərin razılığa gəldiyini, tezliklə Geretsin Türkiyəyə gəlib yeni klubu ilə müqavilə imzalayacaqğını iddia edir.
Qeyd edək ki, Erik son olaraq Mərakeş yığmasını çalışdırırdı. Lakin o, ötən ay bu komanda ilə yollarını ayırıb. 2005-06 mövsümündə “Galatasaray”a çempionluq sevinci yaşatmış təcrübəli mütəxəssis Türkiyədən ayrıldıqdan sonra Fransanın “Olimpik” (Marsel), eləcə də Səudiyy Ərəbistanının “Al-Hilal” klublarını da çalışdırmışdı.