“Qalatasaray”ın şəhidimiz Fərid Dursunovla bağlı paylaşımı – FOTO
24.11.2020 , 17:17

“Qalatasaray” İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi tvitter hesabında bunları yazıb:
“Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağıda asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. “Qalatasaray”lılıq ölməz”.
