“Qalatasaray” 3 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu barədə “Cim-Bom”un prezidenti Ünal Aysal məlumat verib.
“Sarı qırmızılılar”ın başçısı yeni mövsümdən etibarən azarkeşlərin Elmander, Kulio və Uyfaluji kimi adları komandada görməyəckləırini bildirib:
“Onların qəlbini qırmadan göndərmək çox önəmlidir. Elmander çox sevdiyimiz futbolçulardan biridir. Onun komandaya çox faydası oldu. Amma son mövsüm yaşadığı şansızlıqlar ortadır. Həm də onun oynadığı mövqedə Burak və Droqba kimi oyunçular var. Kulio da inanıram ki, özünə daha yaxşı klub tapacaq”.
