"Arsenal"ın baş məşqçisi Arsena Venqer almaniyalı forvard Lukas Podolskinin transfer dedi-qodularına son qoyub.
Korner.az-ın məlumatına görə, fransız mütəxəssis son dünya çempionunun klubda qalacağını açıqlayıb. Bugünki "Beşiktaş" oyunu haqda da danışan Venqer futbolçuların durumunu dəyərləndirib:
"Olivye Jiru bizə kömək edə bilməyəcək, zədəsinin nə dərəcədə ciddi olduğu dəqiq deyil. Əvəzində Podolski bizimlədi. Sabah oynaya biləcək. Artetanın zədəsi ciddi olmasa da, sabahki oyunda olmayacaq"
Qeyd edək ki, "Qalatasaray" Xoel Kempbelin ardından Lukas Podolski transferini də gerçəkləşdirə bilmədi.
