Türkiyə Superliqasının son turunda keçirilən “Karabükspor” – “Qalatasaray” (0:0) matçında maraqlı epizod qeydə alınıb.
Korner.az-ın məlumatına görə, ev sahibi komanda oyunun 64-cü dəqiqəsində “Qalatasaray” rəqib qapısına cərimə zərbəsi vurmaq imkanı əldə edib. Bu zaman “Karabükspor”lu oyunçular maraqlı “divar” qurublar.
Zərbə yerinə yetirilənə qədər əllərini buraxmayan oyunçular hamını çaşdırıblar. Bu görüntü dünya mətbuatının da diqqətini çəkib.
