“Qalatasaray”ın oyununa azarkeş qadağası
24.04.2023 , 20:41

Türkiyə Superliqasının 33-cü turunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” görüşündə qonaq komandanın azarkeşləri iştirak edə bilməyəcəklər.
Korner.az xəbər verir ki, təhlükəsizlik tədbirləri səbəbindən belə bir qərar qəbul olunub.
Görüşü stadiondan yalnız meydan sahiblərinin azarkeşləri izləyə biləcək.
Aprelin 30-da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
