"Aslan" Premyer Liqadan futbolçu alır
Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçu ilə anlaşıb.
Korner.az-ın məlumatına görə, "Cim-Bom" İngiltərə Premyer Liqa klublarından olan "Fulhem"in futbolçusu Kərim Freini komandaya cəlb edir.
"Fulhem"ə məxsus, lakin İngiltərə Çempionşip klubu "Kardif Siti"də icarə əsasında oynayan türkiyəli futbolçu özü də bunu təsdiqləyib.
Qeyd edək ki, Kərim Frei Türkiyə – Danimarka matçında forma geyinmək şansı qazanmışdı
