“Qalatasaray”ın müdafiəçisi sıradan çıxdı
02.12.2024 , 17:40
“Qalatasaray” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Abdulkerim Bardakcı sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Super Liqanın 14-cü turunun “Eyüpspor”la matçında (2:2) sol ayağından zədələnib.
30 yaşlı oyunçunun 10 gün məşqlərdən kənar qalacağı gözlənilir.