2013/14 mövsümünə hazırlıqları Avstriyada davam etdirən “Simurq”a daha üç futbolçu qoşulub.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, bunlar müdafiəçi İsmayıl Buzid, yarımmüdafiəçi Raul Kostin və hücumçu Jose Emilio Furtadodur.
Artıq komandayla bir məşqədə çıxmış əlcəzairli İsmayıl Buzid karyerası ərzində “Qalatasaray”ında formasını geyinib. 30 yaşlı mərkəz müdafiəçisi 2007/08 mövsümündə İstanbul təmsilçisinin heyətində 10 görüşdə meydana çıxıb. Həmçinin o, ölkəsinin milli komandasınında üzvüdür.
Rumıniyalı yarımmüdafiəçi Raul Kostin isə 2009-cü ildən ölkəsinin “Vasluy” klubunda forma geyinir. Portuqalıyalı Josenin son klubu Yunanıstanın “AEK” klubu olub.
Hazırda baxışda olan bu futbolçular haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
Qeyd edək ki, baxışda olan braziliyalı Eudi Silva və müdafiəçi Dario Dakoviç isə artıq düşərgədən ayrılıb. Onlar məşqçilər korpusunun qərarı əsasında geri göndərilib.
