“Qalatasaray”ın müdafiəçisi əməliyyat olunacaq
07.10.2024 , 16:31

“Qalatasaray” itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın futbolçusu İsmail Yakobs zədələnib.
Ötən gün “Alanyaspor”la görüşdə dizindən xəsarət alan seneqallı müdafiəçi əməliyyat olunacaq.
