“Qalatasaray”ın məşqi ləğv olundu
19.03.2020 , 16:12

“Qalatasaray” ötən gün məşqə çıxmayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi proqram üzrə yerli vaxtla saat 12:00-da növbəti məşqə çıxmalı idi.
“Sarı-qırmızılar” öncə bu məşqin saat 17:00-a təxirə salındığını açıqlayıb. Lakin sonradan məşq ümumiyyətlə ləğv olunub.
Məşqin ləğv olunmasına səbəb Türkiyədə koronavirus epidemiyasının yayılmasıdı. Klubun yaydığı məlumata görə, bu qərar futbolçular, məşqçilər və digər bütün işçilərə telefonla çatdırılıb. Nəticədə hər kəs evinə yollanmalı olub.
