“Qalatasaray”ın bu gün keçirilən məşqində iki ulduz futbolçu arasında kəskin mübahisə yaşanıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Emanuel Ebuye və Uesli Sneyder arasında mübahisə yaşanıb.
Digər futbolçuların aranı sakitləşdirməsi ilə mübahisə böyüməyib. Məşqdə məşqçilər korpusundan heç kim iştirak etməyib.
