“Qalatasaray”ın Kaan Ayhan planı
18.05.2023 , 17:12

“Qalatasaray” “Sassuolo”dan icarəyə götürdüyü Kaan Ayhanla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” futbolçu ilə yeni müqavilə imzalayacaq.
Türkiyə mətbuatının xəbərinə görə, 28 yaşlı Ayhanla imzalanacaq müqavilə uzun müddətli olacağı bildirilir.
Super Liqa klubu müqavilədəki bəndə əsasən futbolçunu birdəfəlik almağı düşünür.
